“Maşın” şouda növbəti dəfə iştirakçılar arasında gərginlik yaşanıb.

Minval.info xəbər verir ki, qutudan ən çox şəkli çıxan vayber Hüseyn Əzizoğlu olub. O, səs toplayacağı təqdirdə aktrisa Pərvin Abıyevanı oyundan çıxaracağını söyləyib.

Oyun zamanı maşın uğrunda mübarizə aparan hər iki iştirakçı arasında mübahisə yaşanıb.

Hüseyn Əzizoğlu aktrisa haqqında danışarkən “P.Abıyeva saman altından Pepsi-Cola keçirir” deyib. Bu zaman verilişdə canlı efir yenidən kəsilib və araya reklam salınıb. Bir neçe saniyə sonra yenidən canlı yayım davam edib. Buna səbəb isə Abıyevanın vaynerə “mən yox, sənin “maman”dı buradan hamını yola salan” söyləməsi olub. Onun sözləri isə Hüseyn Əzizoğlunu özündən çıxarıb. Lakin aktrisa müğənni Roza Zərgərlini nəzərdə tutduğunu bildirib. Belə ki, vayner şounun dünənki buraxılışında doğma anasından sonra Roza Zərgərliyə hörmətinin olduğunu və ona “ana” deyə müraciət etdiyini söyləyib.

Samir / Minval.info