Ağsuda yük maşını aşdı, sürücü öldü

Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu saatlarda Ağsu-Kürdəmir yolunda, Ağsunun Ərəbmehdibəyli kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan yük avtomobili yoldan çıxaraq kanala aşıb, nəticədə sürücü hadisə yerində ölüb.

Ölən sürücü Ramana qəsəbəsində yaşayan 1967-ci il təvəllüdlü Kəlbəcər sakini Mamedov Mübariz Ağa oğludur.

Faktla bağlı araşdırma aparılır.