Ağstafa rayonunda 5 nəfərin xəsarətlə nəticələnən yol qəzası baş verib.

Minval.info-nun məlumatına görə, Poylu kəndi yolu ilə hərəkətdə olan “VAZ-21099” markalı avtomobilin digər maşınla toqquşması nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəstəxanaya aparılan şəxslərin vəziyyətinin qənaətbəxş və normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.