Oruc tutan insanlar adətən ağız qoxusundan şikayət edirlər.

Bu yazıda oxucuları türkiyəli professor İbrahim Saraçoğlunun ağız qoxusunun qarşısını almaq üçün təklif etdiyi üsullarla tanış edirik:

Ərzaqlar:

Bir çay qaşığı adaçayı

Bir stəkan xlorsuz su

Hazırlanması və istifadəsi:

Suyu qaynadın. Adaçayını qaynamış su içərisinə ataraq 15 dəqiqə ərzində dəmlənməsini gözləyin.

İbrahim Saraçoğlu bildirib ki, ağız qoxusunun qarşısını alan bu çay ilə imsakdan sonra bir dəfə qarqara etmək lazımdır. Adi günlərdə isə bir ay müddətində, hər axşam və günorta yeməyindən onra bir stəkan bu çaydan içə bilərsiniz.

Çayı 48 saatdan çox saxlamaq olmaz. (publika.az)