Ağdamda yanğın qeydə alınıb.

Minval.info Föqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata əsasən, rayonun Xındırıstan kəndində ümumi sahəsi 120 m² olan tikilinin (kafe kimi fəaliyyət göstərir) tavanı və dam örtüyünün yanar konstruksiyaları 51 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.