FTB 2017-ci ildə ABŞ Prezidenti Donald Tramp və Rusiya əlaqələrini öyrənmək üçün gizli araşdırma başladıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb. Bu addım FTB direktoru Ceyms Kominin qovulmasından sonra başlayıb. Belə ki, Kominin gedişi qurumda böyük narahatlıq yaradıb.

Nəşrin məlumatına görə, Trampa qarşı şübhələr hələ 2016-ci ildə prezident seçkilərinə hazırlıq prosesində üzə çıxıb. Lakin həmin vaxt FTB araşdırmanı təxirə salıb. Kominin qovulması isə yoxlamaların başlaması üçün təkan olub.

Məsələ ilə bağlı açıqlama verən Ağ Ev sözçüsü Sara Sanders bunun absurd olduğunu bildirərək Trampın Rusiyaya qarşı sərt mövqedə olduğunu qeyd edib:

“FTB direktoru Ceyms Komin qovuldu, çünki o, gözdən düşmüşdü. Həmin dövrdə vəzifədə olan köməkçisi Endryu Makkeyb isə yalançı idi və FTB tərəfindən qovuldu. Rusiya və digər xarici ölkələrin ABŞ-ın gözünü qorxutmasına icazə verən sabiq prezident Obamadan fərqli olaraq, Tramp Rusiya məsələsində həqiqətən sərtdir”.