Müğənni Afət Fərmanqızı ailə həyatı qurur.

“Minval.info” xəbər verir ki, ifaçı bu barədə “İnstaqram” səhifəsində məlumat verib.

O, nikah haqqında şəhadətnamənin fotosunu paylaşaraq bu sözləri qeyd edib:

“Həyatıma xoş gəldin”

“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, Fərmanqızının ailə quracağı insan məşhur iş adamıdır. Bildirilir ki, xeyli müddətdir birlikdə olan cütlük bir neçə gün öncə münasibətlərini rəsmiləşdirmək qərarı verib.

Xatırladaq ki, müğənninin daha öncə bir evliliyi olub. Onun bu izdivacdan bir oğlu var.