Adnan Oktarın cinaytkar şəbəkəsi ilə bağlı yeni məlumatlar əldə edilib.

Minval.info milli.az-a istinadən xəbər verir ki, Oktarın tərəfdaşlarından olduğu iddia edilən adı açıqlanmayan bir nəfərin, aralarında Mesut Yılmaz, Meral Akşener, Celal Adan və Mehmet Ağarın olduğu siyasətçilər barədə məlumatlar topladığı iddia edilir.

Şantaj etməyi planlaşdırdıqları məşhurların telefon danışıqlarını izləyən H.A.Y isimli şəxsin, Adnan Oktarın müritlərindən bir qızla evli olduğu, siyasətçilərlə yanaşı, Dinç Bilgin, Zafer Mutlu, Ertuğrul Özkök, Emin Çölaşan, Fatih Altaylı, Hıncal Uluç, Savaş Ay kimi tanınmışlar barədə də şantaj xarakterli məlumatlar topladığı məlum olub.

Minval.info