Əməkdar artist Tünzalə Ağayeva “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramının qonağı olub.

Axşam.az xəbər verir ki, ifaçı söhbət zamanı küsülü olduğu həmkarları barədə söz açıb:

“Röya ilə davam olmayıb. Xırda-para olub. O, getdiyi yolu, işini çox yaxşı bilən qızdır. Onun xasiyyətini sevirəm. Gördüyü işlərə sevinirəm. Heç vaxt düşünməmişəm ki, kiməsə söz atım, gündəmə gəlim. Bu, mənim üçün boş gündəmdir. Gözümün qarşısında olan hadisələr məni iyrəndirməsəydi, yenə də səthi baxardım. Vəziyyət o yerə gəldi ki, gözümdə çox şey əyildi və aşağı düşdü. Adlarını açıqlamaq istəmirəm, onlara böyük şərəf olar. Bu barədə danışmaq da istəmirəm. Heç vaxt mən yaxşıyam, başqaları pisdi deyə fikirləşməmişəm. Məni şou-biznes tərbiyyə etməyib, atam-anam edib. Bu gün adım mənə pul gətirir. Ona görə şou-biznesdə varam ki, gerçək musiqiçiyəm. Hədəfim bu olmayıb, müəllim işləyirdim. Mən 6 yaşımdan Tünzalə Ağayevayam. Kiminsə gözündə əyri görünməyimin həyatıma istisi-soyuğu yoxdur. Kimsə nədənsə qıcıqlanırsa, deməli, onun psixoloji problemi var”.

O, daha sonra aparıcı Samir Bayramlının “Səs Azərbaycan” layihəsində jüri kimi hansı müğənniləri görmək istəyərdiniz” sualına belə cavab verib:

“Röyanı, Samirə Allahverdini, Sevda Ələkbərzadəni, Samir Cavadzadəni, Elnur Hüseynovu həm kütlələrinin olmağı səbəbilə, həm də zövq baxımından jüridə görmək istəyərdim. Abbas Bağırov, Ənvər Sadıqov, Rəhim Rəhimlini də həmçinin”.