“Ford Sollers” şirkətinin rəhbəri Adil Şirinov Rusiyanın Ulyanovsk Avtomobil Zavodunun (UAZ) baş direktoru təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə RİA yazıb.

Adil Şirinov bu vəzifədə Vadim Şvetsovu əvəz edəcək.

“Adil Şirinovun bu vəzifədə əsas vəzifəsi UAZ-ın təsdiqlənmiş məhsul strategiyasını reallaşdırmaq, brendin bazardakı payını yüksəltmək və komponent bazasının lokallaşdırılması, ümumi təchizatçı panelinin yaradılması, eləcə də satış sahəsində sinerji və diler şəbəkəsini qurmaq üçün yenilənmiş “Ford Sollers”lə birgə proqramların inkişafı olacaq”, – Şvetsov bildirib.