“Çerkizov bazarı ile ilgili görsel sonucuİsveçrədə Sürix prokurorluğu “BM-Bank”ın şikayət ərizəsi əsasında Moskvanın Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova qarşı cinayət işi açıb.

Bu barədə “Kommersant” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

İsmayılov kreditorların ziyanına aktivlərin ixtisar edilməsi, o cümlədən, israf edilməsi ilə əlaqədar fırıldaqçılıqda şübhəli bilinir. Yerli qanunvericiliyə görə, bu maddə üzrə təqsirli bilinmiş şəxsi beş ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

“BM-Bank”ın (VTB-İF-ə məxsusdur) iddia ərizəsinə görə, 2012-ci ilin sentyabr ayından 2014-cü ilin fevral ayına kimi təşkilat AST şirkətlər qrupuna aid olan və biznesmenə məxsus “Ruslayn 2000” MMC və “Tropicano Finance B.V” şirkətlərinə ümumilikdə 230 milyon dollardan çox məbləğdə üç kredit ayırıb, İsmayılov özü isə kreditlərə zamin durub.

Hazırda kreditlər üzrə 15 milyard rubla yaxın peniya və cərimələr yığılıb. İsmayılov müflis elan edilib, əmlak isə hərraca çıxarılmalıdır.

Bundan əvvəl “BM-Bank” İsmayılova aid “Praqa” restoranı, “Tropikano” biznes mərkəzi, “AST” ticarət mərkəzi və Moskvanın Kutuzov prospektində yerləşən iki mənzili özününküləşdirib. Bundan başqa, ABŞ-da onun “Craig Valley Plaza” ticarət mərkəzinə həbs qoyulub.

Şikayətçi kreditor əmin edir ki, İsmayılov kredit vəsaitlərinin bir hissəsini İsveçrəyə göndərib, öz aktivlərini isə bir neçə yerli şirkət və fiziki şəxsin adına rəsmiləşdirib. Prokurorluq hazırda bu faktı araşdırır.

Biznesmenin yaxınları İsmayılovun İsveçrədə aktivlərinin olmadığını bildirir.(oxu.az)