“Divan, özüm, sözüm qırmızı. Bu qədər boz, qara, yüzrəngli “adamcıq”ların içində qırmızılığını qorumaq çətindir, ağırdır”.

Axşam.az  xəbər verir ki, bu sözləri aparıcı Murad Əzimzadə sosial media hesabında yazıb.

Sənətçi qırmızı divanda əyləşdiyi fotosuna yazdığı şərhə belə davam edib:

“Kimin əli kimin cibində və ya başqa yerindədir bilinmir. Əksəriyyət maskalı, dırnaqarası təbəssümlərin sayı-hesabı yox…Və sən güclü olmalısan, qalib gəlməlisən, hər kəsə yerini göstərməlisən. Və bunları  qırmızı yerini, üzünü, sözünü dəyişmədən, olduğun kimi qalaraq etməlisən! Çətindir…”.