Acun aparıcı Zuhalı məhkəməyə verir
Acun Ilıcalı və komandası Zuhal Topalı və onun yayımlandığı kanalı məhkəməyə verir.

“Ölkə.Az” xəbər verir ki, bunun səbəbi Zuhalın verilişinin “Yemekdeyiz” proqramına bənzəməsidir. Aparıcının Fox Tv-də yayımlanan verilişi “Sofrada” adlanır.

TV8-in sahibi Acun və kanalın baş direktoru Aslı Çini Fox Tv-nin rəhbərliyinə zəng edərək etirazlarını bildiriblər. Amma Fox-un sahibi verilişlərin eyni olmadığını iddia edib. Acun və Çini isə vəziyyəti “Yemekteyiz” verilişi formatının sahibi ingilis şirkətinə izah edib.

Tərəflər məsələyə məhkəmədə aydınlıq gətirəcəklər.

Minval.İnfo