Abşeron rayon, Qobu qəsəbə sakini, 2004-cü il təvəllüdlü Kifayət Vəlicanova yeddi gündür itkin düşüb.

Minval.İnfo-nun xəbərinə görə, bu barədə Trend məlumat yayıb.

Yeniyetmənin yaxınları bildiriblər ki, K.Vəlicanova yaddaş pozğunluğundan əziyyət çəkir.

O, evdən çıxarkən əynində qara şalvar və mavi köynək olub.

İtkin düşən şəxslə bağlı artıq Abşeron rayon Polis İdarəsinə məlumat verilib.