Abşeronda özünü öldürmək istəyən şəxs xilas edildiAbşeron rayonunda intihara cəhd olub.

“Minval.info” FHN-ə istinadən xəbər verir ki, rayonun Goradil qəsəbəsində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyib.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar və müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.