ABŞ-ın yeni müdafiə naziri Mayk Pompeo kimdir?

Reks Tillersonun yerinə vəzifəyə gələn ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Mayk Pompeo Şimali Koreya və İran mövzusunda sərt mövqeyi ilə seçilir.

Minval.İnfo “Ölkə.Az”-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Tillersonun yerinə Pompeonu gətirməsini açıqlamasından dərhal sonra “Reuters” yeni müdaifə naziri haqqında 5 önəmli fakt açıqlayıb.

– 54 yaşındakı Mayk Pompeo Donald Trampa mütəmadi olaraq kəşfiyyat məlumatları haqqında hesabat verir. Pompeo Trampın yaxın ətrafı arasında Şimali Koreya mövzusunda ona ən çox dəstək verənlərdəndir.

– Pompeo Rusiyanın ABŞ-dakı 2016-ci il seçkilərinə müdaxiləsini önəmsiz sayır. Onun fikrincə, rəsmi Moskva uzun illərdir ki, ABŞ-dakı seçkilərə təsir etmək istəyir.

– Pompeo və Trampın fikirlərinin üst-üstə düşdüyü daha bir mövzu İrandır. Yeni nazir eynilə Tramp kimi 2015-ci ildə imzalanan nüvə müqaviləsinin ləğv edilməsini müdafiə edir. Pompeo müqavilənin İrana bölgədə “ədalətsiz formada artan hegemon güc” verdiyini düşünür.

– Pompeo ABŞ vətəndaşları haqqında bütün məlumatların toplanılması tərəfdarıdır. O, 2016-cı ildə verdiyi açıqlamada telefon danışıqlarından tutmuş, şəxsi məlumatlaradək bütün bilgilərin vahid mərkəzdə toplanmasının vacibliyini bildirmişdi.

– Trampın prezident olması ilə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olan Mayk Pompeo ondan qabaq Nümayəndələr Palatasında respublikaçıların Kanzas nümayəndəsi olub. Təqaüdçü zabit olan Pompeo, “West Point” Hərbi Akademiyasının və Harvard Universitetinin Hüquq fakültəsinin məzunudur.