ABŞ Türkiyə ilə bağlı gözlənilən qərarı verdi “Lakin ABŞ-Türkiyə münasibətləri “F-35”lərdən ibarət deyil”

ABŞ rəsmiləri artıq, Türkiyənin F-35 qırıcı təyyarələrini əldə edə bilməyəcəyini bildirib.

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evin mətbuat xidmətindən yayılan açıqlamada deyilir: “Təəssüf ki, Türkiyə “S-400” hava hücumundan müdafiə sistemlərini alaraq “F-35” məsələsində atılan addımlara son qoydu. ABŞ bu təyyarələri rusların məlumat toplamaq məqsədilə istifadə edə biləcəyi müdafiə sistemləri ilə birgə istismara verə bilməz”.

Eyni zamanda Türkiyəyə hava müdafiəsinin təşkil olunması üçün alternativ təqdim etdiklərini bildirən ABŞ rəsmiləri, “Türkiyə bizim üçün hələ də etibarlı müttəfiqdir. Hava hücumlarından müdafiə üçün “Patriot” raketləri məsələsini dəfələrlə müzakirə etmişik. Lakin ABŞ-Türkiyə münasibətləri “F-35”-lərdən ibarət deyil” – deyə açıqlama veriblər.

Qeyd edək ki, Türkiyə Rusiyadan “S-400” zenit raket kompleksini satın alıb. Bundan sonra ABŞ “F-35” hərbi təyyarələrini Türkiyəyə satmaqdan imtina etdiyini açıqlayıb.