ABŞ prezidenti Donald Tramp Rusiya, Çin və Aİ ölkələrini ölkəsinin ticarət “düşmənləri” adlandırıb.


“Ölkə.Az” CBS telekanalına istinadən xəbər verir ki, o, bu dövlətləri pis hesab etmir. Buna baxmayaraq, onlar ABŞ-ın rəqibləridir.

“Bu ölkələrin liderlərinə hörmət edirəm. Lakin ticarət baxımından həqiqətən bizdən faydalanırlar … və borclarını ödəmirlər”, – deyə Tramp bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ lideri Moskva ilə Berlin arasındakı “Şimal axını-2” boru kəmərinin inşasını “dəhşətli faciə”, Almaniyanı isə Rusiyanın “girovu” adlandırmışdı.