ABŞ ilə Türkiyə arasında yaşanan böhran qardaş ölkədə tətil qiymətlərinə də təsir göstərib.

Minval.info Axar.az-a istinadən xəbər verir ki, türk lirəsinin 30 faizdən çox dəyər itirməsi Türkiyəyə təyyarə biletlərində 4 faiz, tətil turlarında isə 3 faiz ucuzlaşmaya səbəb olub.

“BCS Broker” təşkilatının baş investisiya məsləhətçisi Sergey Skoroboqatov ABŞ-ın sanksiyalarının Türkiyədə vəziyyəti daha da ağırlaşdıracağını qeyd edib:

“2015-ci ilin əvvəlindən bu yana türk lirəsi 130 faizdən çox dəyər itirdi və bu gedişat vəziyyəti daha da dərinləşdirəcək”.