ABŞ İrana qarşı yeni sanksiyalar paketi hazırlayır.

Publika.az xəbər verir ki, Tramp Administrasiyası İranla neft müqavilələri bağlayan ölkələrin geri çəkilməsini istəyir.

“Financial Times” yazır ki, 8 ölkənin yer aldığı siyahıda Türkiyənin də adı var.

“ABŞ Türkiyə də daxil olmaqla 8 ölkədən İranla neft müqavilələrini ləğv etməyi istəyəcək. Əks təqdirdə onlar da təzyiq altına düşəcəklər”, – deyə nəşr qeyd edib.

Nəşr yüksək səviyyəli amerikalı rəsmiyə istinadən dövlət katibi Mayk Pompeonun məsələ ilə bağlı bu gün açıqlama verəcəyini yazıb.