ABŞ-ın Prinston Universitetinin professoru, 59 yaşlı Alan Kruger martın 16-da intihar edib. CNBC xəbər verir ki, onun hansı səbəbdən özünü öldürdüyü bilinmir.

Bildirilib ki, A.Kruger keçən həftə Stanford Universitetində gəlir bölüşdürülməsinə dair mühazirə söyləyib.

Qeyd edək ki, professor A.Kruger Bill Klinton Administrasiyasında Əmək Departamentinin baş iqtisadçısı, Barak Obama dövründə isə Ağ Ev-in İqtisadiyyat Şurasının rəhbəri olub. (virtualaz.org)