Maraqlı araşdırma – harda yasaq deyilsə, orda istifadənin faizi azalıb

ABŞ-da həyata keçirilən bir araşdırma sübut edib ki, narkotik maddənin istifadəsinin qanuniləşdirildiyi yerlərdə gənclər arasında ona maraq azalıb.

Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, Montana dövlət universitetinin araşdırmasında 1993-2017-ci illər arasında lisey şagirdlərinin sağlamlıq arayışlarına diqqət edilib.

ABŞ-da gənclər arasında narkotik maddədən istifadənin faizi artdığı halda, narkotik istifadəsinin qanuniləşdirildiyi ştatlarda onun alqı-satqısının təxminən 10 faiz aşağı düşdüyü təsdiqlənib.

ABŞ-da 33 ştat tibbi məqsədlə narkotik maddədən istifadəni qanuniləşdirdiyi halda, 10 ştat da onun zövq məqsədilə istifadəsini cinayət siyahısından çıxarıb. Bununla belə, 18 yaşdan kiçik gənclərin narkotik maddədən istifadəsi bütün ştatlarda qadağandır.

Əməliyyatı həyata keçirən heyətin rəhbəri Mark Anderson Associted Press xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, narkotiki qanuniləşdirmə siyasətinin gənclər arasında onun istifadəsinin azalacağı ümidlərini artırır.

Anderson bildirib ki, qanuni narkotik satan mağazalarda gənclərdən sənəd tələb edilir. Bu mənada küçə ticarətçilərindən narkotik almaq qanuni mağazalardan narkotik almaqdan daha asandır. Bu isə narkotik ticarətindəki azalmanı izah edən məqamlardandır. Bundan başqa, icazəli narkotik satan mağazalardakı narkotik küçə ticarətçiləri ilə müqayisədə daha bahalıdır.

Anderson eyni zamanda bildirib ki, narkotikdən tibbi istifadənin sərbəst olmasından sonra istifadədə hər hansı dəyişikliyə rast gəlinməyib. Belə ki, istifadə vərdişləri narkotikin bəzi bölgələrdə zövq məqsədilə istifadəsinin qanuniləşdirilməsindən sonra dəyişib.

Ötən ilin dekabrdına Vaşinqtonda həyata keçirilən araşdırmada 2012-ci ildə narkotikin qanuniləşdirməsinin ardınca onun gənclər arasında istifadəsinin azaldığı məlum olub. Amma keçən il Kolorado ştatında aparılan buna bənzər araşdırmada isə narkotikdən istifadə etdiyini deyən lisey şagirdlərinin sayının dəyişmədiyi müəyyənləşmişdi.

Anderson CNN kanalına verdiyi açıqlamada bir çox ştatların narkotik istifadəsini yaxın müddətdə qanuniləşdirdiyini və nəticələri bir neçə il boyunca izləmələrinin vacibliyini bildirib.