ABŞ rəsmiləri artıq bir neçə aydır ki, diplomatların qəribə səslər və anlaşılmaz simptomlarla məqsədyönlü şəkildə hücuma məruz qaldıqlarından şübhələnirlər…

ABŞ-ın Rusiyada və Çində yerləşən diplomatik nümayəndəliklərində müəmmalı xəstəliklərin baş verməsi halları artıb. İlk öncə bu, Kubada, daha sonra isə Çində baş verib.

“The New York Times”qəzetinin yazdığına görə, bu həftənin 3-cü günü ABŞ Dövlət Departamenti Çindəki iki diplomatı təcili surətdə geri çıxarıb.

Xəbərdə evakuasiya edilən amerikalıların Çinin cənubunda yerləşən Quançjou şəhərindəki ABŞ konsulluğunun işçiləri olduğu bildirilir.

Məlumatda hazırda həmin diplomatların və onların ailə üzvlərinin Dövlət Departamentinin həkim briqadası tərəfindən ciddi şəkildə müayinə edildiyi qeyd olunur.

Картинки по запросу sonic weapons

“ABŞ rəsmiləri artıq bir neçə aydır ki, diplomatların qəribə səslər və anlaşılmaz simptomlarla məqsədyönlü şəkildə hücuma məruz qaldığından şübhələnirlər. Bu səslər diplomatlarda beyin silkələnməsi və ya beynin travmatik şəkildə zədələnməsi kimi fəsadlar yaradır”, – yazıda bildirilir.

Məqalə müəlliflərinin yazdığına görə, 2016-cı ildə Kubada bu cür simptomlarla tam 24 diplomat səfirlik binasından çıxarılmalı olmuşdu.

 

Onların hamısında baş ağrıları, qusma, eşitmə qabiliyyətinin azalması, habelə beynə gələn qəribə səslərin artması kimi əlamətlər aşkar olunmuşdu. Buna görə Donald Tramp iqtidarı hətta bir sıra Kuba diplomatlarını ölkədən qovmuşdu.

Картинки по запросу us diplomats in cuba health attack

ABŞ-ın Kubadakı səfirliyi

İndi isə eyni problemlər Çində də baş verir. Bu isə onsuz da son dövrlərdə münasibətləri gərgin olan iki ölkə arasında yeni münaqişə ocağı aça bilər.

Yazıda xəstələnən diplomatların Quançjouda digər xarici vətəndaşlarla, habelə imkanlı çinlilərlə birlikdə eyni çoxmənzilli elit binalarda yaşadığı qeyd olunur.

The US Consulate is located in Guangzhou, Southern China. Picture: US State Department

ABŞ-ın Quançjoudakı konsulluğu

Amerikalı ekspertlərin fikrincə, bu, Çin xüsusi xidmət orqanlarının həmin diplomatların evlərinə quraşdırdıqları və yüksək şüalanma qabiliyyətinə malik dinləmə cihazlarından və ya xüsusi toksik maddələrdən irəli gələ bilər. Onlar eyni zamanda hesab edirlər ki, bu xəstəliklərin törədicisi hələlik naməlum xarakter daşıyan yeni psixoloji silah da ola bilər.

ABŞ-ın Çində bu yolla xəstələnən ilk diplomatı Mark Lenzi adlı konsulluq əməkdaşıdır. İyunu 6-da M.Lenzi həyat yoldaşı və iki uşağı ilə birlikdə işlədiyi yerdən təcili olaraq uzaqlaşdırılaraq, ABŞ-a aparılıb. Maraqlıdır ki, Mark Lenzi özü konsulluğun təhlükəsizlik sisteminə cavabdehlik edirmiş.

M.Lenzi qəzetə verdiyi müsahibədə özünün və evakuasiya edilən digər diplomatın şəhərdəki “The Canton palace” adlı elitar kompleksdə yaşadığını bildirib.

Hələlik rəsmilər adıçəkilən ölkələrə qarşı konkret ittihamlar səsləndirməyə tələsmirlər.

Verilən məlumata görə, Kubadan çıxarılan ABŞ diplomatlarının 25 faizində sağlamlıqla bağlı ciddi problemlərin olduğu aşkarlanıb.

Musavat.com