ABŞ-da  “Amerika əleyhinə olanlara  qarşı mübarizə haqqında qanun” çərçivəsində “rusiyalı oliqarxlar”a sanksiyalar hazırlanır.

Minval.İnfo xəbər verir ki, bu haqda məlumatı  Ağ Evdə brifinq zamanı  maliyyə naziri stiven Mnuçin məlumat verib.

Mnuçin siyahıda adı olan insanlar haqqında məhdudlaşdırıcı tədbirlərlə bağlı verilən sualları cavablandırarkən deyib ki, onlar bu barədə işlər görürlər: ”Biz bunun üzərində işləyirik. O qanunlar yaxın gələcəkdə elan ediləcək”.

“Kommersant” qəzetinin araşdırmalarına əsasən, ABŞ  admnistrasiyası yüksək rütbəli rusiyalı məmurların, dövlət işlərinə iddialı olan şəxslərin və iş adamlarının siyahısını Konqresə təqdim edəcək. Bu siyahıda  50-dən artıq ictimai fiqurlar yer ala bilərlər. Onlarla yanaşı müəyyən şirkətlərin 300-dən artıq üzvləri də siyahıya düşə bilər. Qəzetin məlumatına görə, siyahıda yer alan şəxslər avtomatik olaraq sanksiyaya məruz qalan şəxslər olmasa da, onları sanksiyaya məruz qalma  təhlükəsi gözləyir.

Bununla yanaşı, ABŞ demokratik partiyası prezident Donald Trampın “kreml  məruzəsində” adı olan rusiyalılara qarşı məhdudlaşdırıcı tətbirləri tətbiq etməkdən imtina edəcəyindən ehtiyat edirlər. Bunun səbəbi isə prezidentin öz həmkarı Vladimir Putinlə münasibətini korlamamaqda görürlər.

2017-ci ilin oktyabr ayında ABŞ dövlət departamenti 33 Rusiya şirkətində sanksiyaya məruz qala biləcək əməkdaşlarının siyahısını tərtib etmişdilər.

Yeni məhdudlaşdırıcı sanksiyalar 2018-ci ildə nəşr edilə bilər. Bu sanksiyalar şirkətlərin yerləşmə ərazisindən və fiziki şəxslərdən asılı olmayaraq bütün qitələrə yayımlanacaq.

Zeynəb Əkbər

Minval.İnfo