ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələrinin 2014-cü ilin sentyabr ayından bu günə qədər Suriyaya müdaxiləsindən sonra 3 min 35 mülki şəxs öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları təşkilatının yaydığı hesabatda bildirilib.

Hesabatda qeyd edilir ki, öldürülən mülki şəxslərdən 924-ü uşaq, 656-sı qadın olub. Mülki itkilərin 32 faizi ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dövründə olubsa, hazırkı Prezident Donald Trampın səlahiyyət müddəti ərzində bu rəqəm xaotik həddə çatıb.