Xəbər verdiyimiz kimi təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin 26 oktyabr 2018-ci ilə keçirtdiyi sınaq imtahanında səhv aşkarlanması ilə bağlı məlumat yayıb.

Məsələ ilə bağlı Bizimyol.info-nun informasiya sorğusuna cavab verən Dövlət İmtahan Mərkəzinin Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlarzadə Xanlarzadə qeyd edib ki, test tapşırığında baş verən texniki səhv aradan qaldırılacaq və abituriyentlərin imtahan nəticələrinə müvafiq düzlişlər ediləcək:

“28 oktyabr 2018-ci tarixində keçirilən sınaq imtahanında II və III ixtisas qrupları üzrə tarix fənnindən açıq tipli bir test tapşırığının texniki səhvə görə 1,2,4,3 olaraq elan edilən etalon cavabı 1,3,4,2 olmalıdır. Gün ərzində texniki səhv aradan qaldırılacaq və abituriyentlərin imtahan nəticələrində müvafiq düzəliş ediləcəkdir”.