Texasda yaşayan Kristafor Prekopia 99 illik həbs cəzasından çəkdiyi “selfie” ilə qurtulub.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, 21 yaşlı gənc eks sevgilisi tərəfindən böhtana məruz qalıb. Sevgilisi Prekopianın onu döydüyünü, evinə zorla girdiyini və bıçaqla sinəsinə xaç qazıdığını iddia edərək polisə şikayət edib.

Gənc oğlan sözgedən hadisə baş verən gün otellərin birində ailəsi ilə yeməkdə olub. O, yeməkdə çəkdiyi fotonu sübut kimi polisə təqdim edib.

Polis Prekopianı azadlığa buraxıb.