94 kilo arıqlayan qız İnstaqram fenomeninə çevrildi

Braziliyalı bloqer və İnstaqram fenomeni Cessik Valitutto 94 kilo arıqlayaraq tanınmaz hala gəlib.

“Ölkə.Az” xəbər verir ki, Cessika İnstaqramdakı səhifəsində kök olduğu dövrə aid və arıqladıqdan sonrakı dövrə aid fotolarını paylaşaraq 1 milyon izləyici toplayıb.

Cessika Morbid köklüyündən əziyyət çəkdiyi üçün 156 kilo çəkiyə sahib olub. O, əməliyyat olunaraq özünə məşqçi tutub və arıqlamaq üçün zəif karbohidratlı pəhrizə başlayıb. Nəticədə 94 kilo arıqlayıb.

“Əməliyyat hər şeyi həll etmirdi. Amma təslim olmaq istəmirdim. İşi yarımçıq saxlamaq mənlik deyildi. Buna görə də hər şeyi silib başdan başladım. Hədəfimə doğru addımlamağa başladım. Dəyişmək üçün möcüzə gözləməyin. Hər şey sizdən asılıdır. Həyat böyük bir hədiyyədir. Həyatınızı zövqlə və sevinclə yaşayın”, -deyə İnstaqram fenomeni bildirir.

Minval.İnfo