ABŞ–da dəhşətli cinayət hadisəsi baş verib.

Minval.İnfo xəbər verir ki, Anna Mae Blessinq adlı 92 yaşlı qadın bundan sonra həyatının qalan illərini həbsxanada keçirməli olacaq.

Bir neçə gündür 72 yaşlı oğulu ilə qocalar evi üstündə münaqişələr yaşayan qadın oğlunu öldürmək qərarını alıb. Qadın silah ilə oğlunu evdə gülləliyib.

Polis tərəfindən tutulan qadın oğlunu öldürdükdən sonra öz həyatına da qəsd etməyə çalışıb. Lakin polislər cəld tərpənərək bunun qarşısını ala bilib.