usain bolt goal ile ilgili görsel sonucuYüngül atletika ilə məşğuliyyətinə son qoyan məşhur idmançı Usain Bolt futbolçu həyatına alışmağa başlayıb.

Minval.info xəbər verir ki, “C.C Mariners” ile “M.S. West United” arasında baş tutan görüşdə 2 qola imza atan hücumçu performansı ilə diqqət çəkib.

Boltun futbolçu karyerasında vurduğu ilk qol sosial mediada ən çox paylaşılan videolar sırasında yer alıb.

Qeyd edək ki, Olimpiyada yarışlarında 8, Dünya Çempionatında 11 dəfə qızıl medal qazanan sabiq atlet yaşıl meydanlarda özünü sınamaq qərarına gəlib. O, Almaniya, Norveç və Cənubi Afrika komandalarında məşqlərə çıxıb.