Xəbər verdiyimiz kimi, iyulun 18-də keçirilmiş I və IV ixtisas qruplarının qəbul imtahanının nəticələrinə əsasən 15 nəfər 700 bal toplayıb. 

Minval.İnfo xəbər verir ki,, ən yüksək nəticə göstərən gənclərin bir neçəsinin fotoları artıq sosial şəbəkədə yayılıb.

Onları təqdim edirik:

Nərmin Balakişiyeva IV qrup üzrə 700 bal toplayıb.

Bakı şəhər 297 saylı məktəbin məzunu Anar Abıyev maksimum nəticəni göstərib. O, ilk imtahanda 677 bal toplamışdı.

Lənkəran rayon “İstək” liseyinin məzunu olan Fəyyaz Aslanlı IV qrup üzrə 700 bal toplayıb.

Göyçay tarixində ilk 700 balı toplayan isə Şəkər Qədirli olub. Göyçay rayonu Ləkçıplaq kənd 1 saylı tam orta məktəbin məzunu olan Ş. Qədirlinin seçimi Bakı Ali Neft Məktəbi oldu. O, ilk imtahanda 685 bal toplamışdı.

Ceyranbatandan ilk dəfə 700 bal toplayan isə Rüstəm Qarayevdir.

Ceyranbatan 1 saylı məktəbin məzunu olan R. Qarayev ilk imtahanda 650 bal, 2-ci imtahanda isə 700 bal toplayıb. Onun seçimi Bakı Ali Neft Məktəbi oldu.

Xırdalan şəhər, 9 saylı məktəbin məzunu olan Elgün Zamanlı da I qrup üzrə ən yüksək nəticəni göstərib.

Goranboy rayon Səfikürd kənd orta məktəbini bitirən Kənan Məhəmmədli l qrup üzrə 700 bal toplayıb.