Aralıq dənizi üzərindən miqrantlarla dolu olan gəmi bir neçə gün öncə İtaliyaya doğru yola çıxıb.

Minval.İnfo xəbər verir ki, yeni italyan höküməti isə gəmiyə limanlarını bağlayıb və girişinə icazə verməyib.

İtaliya höküməti gəminin Malta tərəfindən qəbul edilməsini istəyib. Malta höküməti də gəmini qəbul etməyib və nəticədə 629 miqrantın olduğu gəmi açıq dənizdə gözləməli olub. Aclıq və susuzluqla mübarizə aparan miqrantlara yardım isə bu gün çatdırılıb.

Hazırda miqrantların talehi sual altındadır.