6 aylıq yapon körpə son zamanlar sosial şəbəkələrdə gündəmdədir. Onu gündəm edən körpənin uzun saçlarıdır.

Minval.İnfo xəbər verir ki, Çanço adlı körpənin artıq “İnstagram” sosial şəbəkəsində 70 mindən artıq izləyicisi var. Körpə dünyaya gələrkən də uzun saçlı olması ilə hamını təəccübləndirib.

Körpənin 2-3 ayı tamam olduqdan sonra anası onun şəkillərini sosial şəbəkələrdə paylaşıb. Qısa zaman ərzində şəkillər trend olub.

Həmin fotoları sizlərə təqdim edirik.

Tamerlan