Dünyaca məşhur model Sindi Krouford Kanada çimərliklərində istirahət edir.

Axşam.az xəbər verir ki, 53 yaşlı model bikinili görüntülərini sosial şəbəkədə yayımlayıb. Yaşının çoxluğuna baxmayaraq, ideal bədən quruluşuna sahib olan Sindi izləyiciləri tərəfindən tərif atəşinə tutulub.

1990-cı illərdən bu yana məşhur olan modelin heç görünüşünün dəyişmədiyi vurğulanıb. Sindi hər zaman idman etdiyini, evdə bütün alətlərinin olduğunu bildirib.