İngiltərədə 20 yaşlı modelə qarşı seksual xarakerli hərəkətlər edilib, sonra isə o, 5 nəfər tərəfindən təcavüzə məruz qalıb.

Minval.info xarici mediaya istinadən xəbər verir ki, məşhurların əyləndiyi gecə klubunda baş verən hadisə əvvəlcə insanların gözü qarşısında yaşanıb. Amma bunun şahidi olanlar olanlara müdaxilə etmək yerinə, mobil telefon vasitəsilə lentə alıblar.

Belə ki, təcavüzə qədər 5 nəfər modelə narkotik maddə veriblər və ona qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıblar. Yaşananları video çəkənlər isə görüntüləri sosial mediada paylaşıblar. Video şikayət olunduğundan internetdən çıxarılıb.

Ardınca 5 nəfər gənc modeli yaxınlıqdakı hotelə apararaq toplu şəkildə ona təcavüz ediblər.

Yerli polis görüntülər yayıldıqdan sonra araşdırmaya başlayıb. Hadisə ilə bağlı ifadə verən şahidlər onlar müdaxilə etməmələrinin səbibini açıqlayıb. Belə ki, şahidlərin fikrincə, model öz istəyi ilə həmin şəxslər qadına qarşı belə hərəkətə yol verib və onlar buna görə göz yumublar.

20 yaşlı qadın isə ona aşırı dərəcədə narkotik maddə verildiyi üçün başına gələnlərdən xəbərsiz olduğunu bildirib.

"20-Year-Old Model Gang-Raped At A Celebrity Nightclub By Men Who Filmed It On Their Mobile Phones" ile ilgili görsel sonucu