Türkiyənin məşhur müğənnisi Deniz Seki geyimi ilə diqqət çəkib. 

Məkanların birində səhnə alan sənətçi modelyer Gülşah Saraçoğlunun onun üçün hazırladığı transparan libasla izləyicilərini təccübləndirib.

D. Sekinin sözügedən geyimi sosial şəbəkələrdə də müzakirə edilib. Bir çoxları libası müğənniyə yaraşdırmayıb.

İfaçı onu qınayan izləyicilərinin ünvanına bunları yazıb:



“Səhnəyə çılpaq çıxacaq qədər şüursuz bir qadın deyiləm. İçindəki astarı görməmiş olmarsınız. Çox kəskin şərhləriniz var. Xahiş edirəm, bu qədər qəddar olmayın”.