İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) 2017-ci ildə dünyada ən çox çalışan ölkələrin siyahısını açıqlayıb.
Minval.İnfo qaynarinfo-a istinadən xəbər verir ki, siyahıda 1-ci yeriə Meksika tutur. OECD-ə görə, Meksikada insanlar həftə ərzində 43.2, ildə isə 2246 saat işləyirlər.
Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Kosta Rika 2230 saatla 2-ci yerdə qərarlaşıb. Cənubi Koreya isə 3-cü yerdədir və bu ölkənin əhalisi ildə 2113 saat işləyir.
Məhsuldarlıq cəhətdən tez-tez adı çəkilən Almaniya əhalisi həftədə 26.4, ildə isə 1371 saatı işdə keçirirlər.
Təşkilatın hesabatında görünür ki, insanların iş saatı ilbəil azalır. Böyük Britaniyada 2015-ci ildə iş vaxtı 2000 saat idisə, 2017-ci ildə bu rəqəm 1674 saat olub.