4 yaşlı qızının belində siqaret söndürüb işgəncə verən ata
Çinin cənub-qərbindəki Qinqjen şəhərində dəhşətli hadisə baş verib.

Minval.İnfo Ölkə.Az-a istinadən xəbər verir ki, evin zirzəmisində döyülməkdən gözlərini aça bilməyən 4 yaşlı qız usağı tapılıb. Atası ilə birlikdə yaşayan azyaşlı tualetə zəncirlənmiş olub.

Döyülməkdən bədəni göyərən uşağın görüntüsü bütün ölkəni şoka salıb. Bundan başqa uşağın belində bir çox siqaret izi olub.

Evlərinə qonaq gələn bir qohum uşağın şəkillərini çəkib. 4 yaşlı qız tualetdə atasının paltarlarını yuyurmuş. Plasmas ləyəndəki paltarları əlləri ilə yuyan uşağın halını görən qohum polisə xəbər verib.

Məlum olub ki, ata sərxoş həyat tərzi sürür. Səhər evdən çıxanda qızını tualetə zəncirləyir. Axşam gecə saatlarında evə gələrək uşağa yemək verir. Qəddar ata həbs edilib, uşaq isə xəstəxanada müalicə olunur.