4 saata 48 min dollar cərimə

Dubayda bir ingilis turist “Lamborghini” markalı avtomobili kirayəyə götürüb.

“Ölkə.Az” xəbər verir ki, maşını yüksək sürətlə idarə edən turist 4 saata 48 min dollarlıq cəriməyə məruz qalıb.

Adı açıqlanmayan ingilis gecə saatlarında şəhərin ən sıx yollarının birində sürət həddini keçib. Polis isə ona 175 min dirhəm, yəni 48 min dollar cərimə kəsib. Turist Şeyx Zayed prospektindəki bütün radarlara 240 km/saat sürətlə düşüb.
“Lamborghini Huracan” modelinin kirayəyə götürüldüyü avto salonun sahibi açıqlamasında bildirib ki, sürücü təminat olaraq pasportunu onlara verib. Cəzanı avto salon ödəyəcək amma avtomobil hələ geri qaytarılmayıb.

Dubay qanunlarına əsasən, cəzanı avtomobil adına qeydiyyatda olan şəxs ödəyəcək.