Evdə hər gün 30 toyuq , 100 kilo düyü bişirilir, 60 kilo kartof soyulur. Hindistanın Mizoram əyalətindəki Baktavnq kəndində yaşayan Ziona Chananın tam 39 arvadı, 94 uşağı, 14 gəlini və 33 nəvəsi var.
ATV.az türk mediasına istinadən xəbər verir ki, Ziona, 181 nəfərlik böyük ailəsi ilə 4 mərtəbəli və 100 otaqlı binada eyni dam altında yaşayır.

Ailəsinin bütün kişi üzvlərinin dülgərliklə məşğul olduğunu söyləyən ata, “Bir dəfə belə hökumətdən maddi yardım almadıq” deyərək öyünür. Bir gün bütün dünyanı Hz. İsa ilə birlikdə idarə edəcəklərinə inanan və təxminən 4 min üzvü olan “Chana” adlı ailə məzhəbinin də lideri olan Ziona, “Babam tərəfindən qurulan öz məzhəbimizin varisiyəm. İnancımıza görə, istədiyimiz qədər qadınla evlənə bilərik. Atamın da 7 həyat yoldaşı vardı” deyir.

İlk evliliyini 17 yaşında edən Ziona, bir dəfə bir il içində 10 dəfə evlənib. Ən son evliliyini keçən il edən Zionanın evində xüsusi bir otağı var. Gecəni sırayla arvadları ilə keçirir. O gecə Ziona ilə eyni yatağı paylaşmayan digər arvadlar isə yataqxana kimi otaqda bir yerdə yatır. Evdə, adi bir qazanda 30 toyuq, 100 kilo düyü bişirilir, 60 kilo kartof soyulur. Ev işlərinə liderliyi, Chananın ilk və ən yaşlı arvadı 69 yaşlı Zathiangi edir.

Evin ətrafında dülgər atelyeləri ilə yanaşı axırlar, hin, çəltik tarlası, tərəvəz bağçaları var.
Minval.İnfo