Ağdamda Bayraq Meydanında yanğın baş verib.

Minval.info-nun APA-ya istinadən xəbərinə görə, yanğın rayonun İmamqulubəyli kəndində Soltanbut təpəciyinin üzərində yerləşən Bayraq meydanının işıqlanma sistemində baş verən qısa qapanmadan baş verib.

Yanğına ilkin olaraq ərazidə xidmət aparan Ağdam RPŞ-nin əməkdaşları müdaxilə edərək alovun genişlənməsinin qarşısını alıblar. Daha sonra hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin iki maşını cəlb olunub. Alov qısa müddətdə söndürülüb.