Arxeoloqlar tərəfindən 3700 illik məzar tapılıb.

Minval.info-un “National Geographic”ə istinadən verdiyi xəbərə görə, Misirin Asvan bölgəsində italyan və amerikan arxeoloqlar tərəfindən aparılan qazıntı işləri nəticəsində bətnində uşaq olaraq bastırılmış bir qadın skeleti tapılıb.

Misir Tarixi Əsərlər Nazirliyi tərəfindən ekspertiza aparıldıqdan sonra qəbrin 3700 il yaşı olduğu aşkarlanıb. Antropoloqların fikrinə görə, qadınının skeleti üzərində aparılan ekspertiza onu göstərir ki, qadın uşaq dünyaya gətirərkən ölüb.

Qeyd edək ki, günümüzdə tez-tez rast gəlinən ana-uşaq ölümləri aktual məsələdir. Həkimlər müasir tibbin verdiyi imkanlarla doğum əsnasında ana və uşaq ölümü ehtimalını minimuma endirməyə çalışır.

Vüqar Mirzəbəy