Azərbaycanda yumurtanın qiyməti bahalaşıb.

Ötən həftə 8-9 qəpiyə satılan yumurta indi 13-14 qəpiyə təklif edilir.

Ancaq bu artım bütün mağazalarda eyni həcmdə müşahidə olunmayıb. Bəzi mağazaların satıcıları yumurtanın qiymətinin 1 qəpik artdığını bildirib.

Alıcılar isə yumurtanın qiymətindəki artımın olduqca böyük olduğundan şikayətlənirlər.

Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, yumurtanın bahalaşması quş yeminin qiymətinin artması ilə bağlıdır. Yemin qiyməti bahalaşdığı üçün istehsalçılar eyni həcmdə yumurtanın qiymətini qaldırmağa məcbur olublar.(xəzərtv)

Minval.info