Hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ evlərinin birində qeydə alınıb.

Minval.info-nun məlumatına görə, 1989-cu il təvəllüdlü Müşfiq Nazim oğlu Vəlizadə özünə məxsus qarajda qapını içəridən bağlayaraq 10 BK 010 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobilinin  mühərrikini işlək vəziyyətinə gətirib və intihar edib.  Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət məcəlləsinin 125 (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Müşfiq Vəlizadə 2016-cı ilin yanvar ayında da özünü öldürmək istəyib. Belə ki, o zaman Müşfiq Vəlizadə Nəsimi rayonu, 28 May küçəsindəki mənzildə  bıçaqla qarnına xəsarətlər yetirib. Vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olmuşdu.
M.Vəlizadənin yaxınlarının bildirdiyinə görə, o, maddi çətinliklər ucbatından həyatına qəsd edib.