Rok musiqisi ilə maraqlananlar, yəqin ki,  “Klub 27” haqda məlumatlıdılar.

“Klub 27”nin ən əsas xüsusiyyəti  musiqi sahəsində öz imiclərini formalaşdırmış və sənət dünyasına yeniliklər qatmış  gənc  musiqiçilərin 27 yaşında həyata vida etmələridir.

Klubun ən son üzvü isə 2011-ci il 23 iyulda  dünyasını dəyişmiş Emi Uaynhausdur.

Minval.info  27 yaşında dünyasını dəyişmiş məşhur rok musiqiçiləri təqdim edir.

Cim Morrison

Sıralamanın ilk  pilləsində  məşhur “The Door” rok qrupunun solisti  Cim Morrison dayanır.

  1971-ci ildə rok-ulduz öz dostu Pamela Kurson ilə dincəlmək və şeir kitabı üzərində işləmək üçün Parisə yola düşüb. Tətil ərəfəsində  hamam otağının vannasında cəsədi tapılıb.  Rəsmi məlumatlara görə Morrisonun 3 iyun 1971-ci ildə Parisdə ürək tutmasından öldüyü deyilir. Ancaq onun ölümünün əsl səbəblərini heç kim bilmir.

 

Cimi Hendriks

Sıralamanın ikinci pilləsində məşhur amerikan gitaraçısı və müğənnisi Cimi Hendriks qərarlaşır.

O, 18 sentyabr 1970-ci ildə Londonda “Səmərqənd” otelində ölü  tapılıb. Ölümünə səbəb  yüksək miqdarda içki və qəbul eləmiş olduğu yuxu həbləri olub.

 

Cenis Coplin

Klub 27”-nin digər məşhur siması isə caz musiqisinin anası sayılan  Cenis Coplindir. O, 1970-ci il 4 oktyabrda yüksək dozalı heroindən dünyasını dəyişib.

Kurt Kobeyn

Sıralamanın 4-cü pilləsində məşhur “Nirvana” qrupunun solisti Kurt Kobeyndir.

Həyat yoldaşı ilə birlikdə narkotikdən qurtulmaq  üçün müalicə olunmağı qəbul etmiş Kobeyn  48 saat sonra  klinikanı  tərk edib. O, 6 gün sonra evində tüfənglə intihar edib.

Hadisə yerinə gələn kriminalistlər belə qənaətə gəldilər ki, Kurt aprelin 5-də ölüb və cəsəd 3 gün hadisə yerində qalıb.

Cəsədin tapılmasından 2 gün sonra o kremasiya olunub.

Emi Uaynhaus

Klubun növbəti üzvü  mahnıları ilə hamının ürəyinə yol tapan Emi Uaynhausdur.

 O, 2011-ci il 23 iyulda   yüksək miqdarda içkidən zəhərlənərək  sevənlərinə vida edib.

Leyla Əfqan