Telefonunu düzəltdirmək üçün servisə verən ingilis qadının həyatı qaralıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, gənc qadının cinsi əlaqə zamanı çəkdiyi videoları telefon ustası tərəfindən oğurlanıb.

24 yaşlı Keely Hightover adlı qadının iddialarını T-Mobile firmasının 26 yaşlı işçisi Roberto Sançez Ramos rədd etsə də atdığı e-mail-in ortaya çıxaması ilə özü özünü ifşa edib.

MAİL-DƏ ÖZ VİDEOSUNU GÖRDÜ

Gənc qadın telefonunun təmir müddətinin çox uzun çəkdiyini, daha sonra mail-lərinə baxarkən göndərilənlər arasında öz videosunun tanımadığı bir şəxsə göndərildiyinin şahidi olub. Mail ünvanındakı şəxsə baxan qadın bunun Floridadakı Pinellas Parkda yerləşən telefon mağazasının işçisi Roberto Sançez Ramos olduğunu bilib.

Çox narahatçılıq yaşayan qadın videonun hara getdiyini bilmək istədiyini, bunun ictimaiyyət arasında yayılmağını istəmədiyini dedikdə qadının şikayəti ilə saxlanılan şəxs 6 ay azadlıqdan məhrum edilib.