Həddindən artıq heroin qəbul edərək xəstəxanaya düşən müğənni Demi Lovato evə buraxılıb.

Oxu.Az xəbər verir ki, müğənninin yaxınları və həmkarları onu müalicə almaq üçün narkoloji klinikaya göndərmək niyyətindədirlər.

Deyilənlərə görə, həddindən artıq heroin istifadə etməsi səbəbi ilə aktrisa ölüm həddinə çatıb, lakin hazırda vəziyyəti sabitdir.

Onunla birgə çalışan insanlar Lovatoya ultimatum irəli sürəcəklər: ya o klinikada müalicə alacaq, ya da onlar müğənnini tərk edəcəklər.

Lovatonun narkotik qəbul edəndən sonra xəstəxanaya yerləşdirilməsi xəbərləri iyulun 25-də yayılıb. Daha öncə isə 25 yaşlı müğənni kokain asılılığı ilə mübarizə aparıb.

2016-cı ildə Amerikanın “Victoria’s Secret” şirkətinin apardığı sorğu nəticəsində Lovato dünyanın ən seksual müğənnisi adına layiq görülüb.