Tovuzda azyaşlı uşaq qaynar suda yanıb.

Minval.İnfo-nun bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Hunanlar kəndində baş verib.

Nəzarətsiz qalan 2016-cı il təvəllüdlü Quluzadə Nuray Elman qızı evlərində qaynar su ilə dolu qazana düşüb. Qızcığaz üçüncü dərəcəli yanıq xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda uşağın vəziyyəti ağır qiymətləndirilir.

Minval.İnfo