Türkiyənin Antalya şəhərində valideynləri boşandığı üçün tək yaşayan 18 yaşlı litsey tələbəsi E.B yaşadığı evdə qəfldən ölüb.

Minval.İnfo pressclub.az-a istinadən bildirir ki, gənc qızın spirtli içki ilə yanaşı yüksək dozada heroin qəbul etdiyi və buna görə öldüyü iddia edilib. E.B axşam saatlarında məktəb yoldaşları ilə əyləncə məkanlarından birinə gedib.

Burada bir müddət əylənən gənc qız evə gəlib, yatıb. Dünən günortadan sonra məktəbdən 2 oğlan dostu E.B-ya zəng edərək şəhərdə görüş təklifi ediblər. Amma E.B dostlarını evə dəvət edib.

Dünən axşam saatlarında dostları ilə musiqi dinləyib, əylənən gənc qızın, iddiaya görə içki içib narkotika qəbul etdikdən sonra halı pisləşib. Dostları təcili yardım çağırıblar. Hadisə yerinə gələn həkimlər müdaxilə etsələr də, E.B-nın öldüyünü görüblər. Polis, hadisə zamanı E.B-nın yanında olan oğlan dostlarını saxlayıb.

Minval.İnfo