Qalmaqalla gündəmə gələn aparıcı-aktrisa Könül Yusifqızı açıq-saçıq geyimi ilə diqqət mərkəzinə düşüb.

Minval.info xəbər verir ki, bu dəfə sosial media hesabında yeni fotosessiyasından yarıçılpaq foto paylaşıb.

Qeyd edək ki, televiziya verilişlərindən birinə qatılan aparıcı belə şəkillərə daha çox qiymət verildiyini deyib. O, hətta ətəyini efirdə qaldıraraq “buna baxırlar” söyləyib. Könül Yusifqızı bunu bir qədər əvvəl milli geyimdə olan şəkillərinə gələn bəyəndi sayının azlığı ilə izah edib.

Aktrisa bir müddət əvvəl +18 verilişinin bağlaması və həmin proqramın aparıcı vəzifəsindən uzaqlaşdırılması ilə gündəmə gəlmişdi.

Məlumat üçün bildirək ki, son günlər aparıcılar arasında belə fotoların paylaşılması dəb halını alıb.

Minval.info